https://525.az/img/pics/medium/2024-04/311885_02ffqpugnc.jpg “525-ci qəzet”in 30 aprel sayında nələr var?
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2022-03/219405_m8erherusj.jpg Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
https://525.az/img/pics/medium/2022-02/216957_adlrfmro23.jpeg Təhsildə və təlim-tərbiyədə vacib istiqamət: hərbi-vətənpərvərliyin təbliği
search
30 Aprel 2024
29 Aprel 2024

İslamiadada ilk qızıl medalımız

İslamiadada ilk qızıl medalımız

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ilk çempionun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, ilk medal dəsti Bakı Atıcılıq Mərkəzində öz sahibini tapıb.

Kişilərin 10 metr pnevmatik tüfənglə atıcılıq yarışının qalibi adını türkiyəli Ömər Akgün qazanıb. O, Bakıdakı İslamiadanın ilk qalibi kimi tarixə düşüb. Akgün 249.8 xal toplayaraq, gərgin şəraitdə keçən final mərhələsini qələbə ilə başa vurub. 245.5 xal toplayan banqladeşli Rabbi Həsən Munnay gümüş, 224.1 xal toplayan özbəkistanlı Sədxan Sayfuddinov isə bürünc medal əldə edib.

Azərbaycan yığması da ilk medalını atıcılıqda qazanıb. Ruslan Lunyov kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında hamıdan dəqiq olub. Bununla da təmsilçimiz qızıl medala yiyələnib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.