Amerika Birləşmiş Ştatlarında 10 il əvvəl ayrı-ayrılıqda itkin düşmüş 3 qadın eyni evdə sağ tapılıb. Hadisə Ohayo ştatının Klivlend şəhərində baş verib. Polisin məlumatına görə, ötən gecə naməlum qadın polisə zəng edərək, 10 ildir bir evdə bağlı saxlandığını bildirib. Göstərilən ünvana gələn polislər 2000-2003-cü illərdə itkin düşmüş 3 qadını, eləcə də 6 yaşlı bir uşağı tapıblar. 52 yaşlı bir kişinin faktla bağlı həbs edildiyi bildirilir.
Qızlar itkin düşərkən birinin 14, ikincisinin 16, üçüncünün isə 22 yaşı olub. Xəstəxanaya aparılan qızların sağlamlığının yerində olduğu bildirilib.
anspress