Fransada müsəlmanlara qarşı hücumlar artır.
Bu ilin son 3 ayında müsəlmanlara qarşı 50 hücum qeydə alınıb. Bu barədə Fransanın İslam Şurası məlumat yayıb. Şuranın polis və jandarmadan aldığı rəsmi məlumata görə, ötən il ümumilikdə 148 analoji hadisə qeydə alınıb. Şura sosial şəbəkələrdə də islam dini təsisçilərinə təhdid və hücumların artdığını xüsusi qeyd edib. Belə hücumlar məscidlərdə və müsəlman qəbirstanlıqlarında da yaşanır.
Xatırladaq ki, Fransada əksəriyyəti Şimali Afrikadan olan 6 milyona yaxın müsəlman yaşayır.