Bu gün sabah saatlarında Suriyadan İsrailin Qolan sərhədinə top atəşi açılıb.
Xəbəri İsrail Müdafiə Qüvvələri yayıb.
Verilən açıqlamada top mərmisinin düşdüyü yerdə ölü və ya yaralı olmadığı bildirilib. İsrailin hücuma cavab vermədiyi, hadisəylə bağlı bölgədəki BMT Müşahidə Missiyasına məlumat verildiyi qeyd edilib.
İsrail son iki ayda Suriyadan açılan 2 top atəşinə qarşı cavab haqqından istifadə etmiş, atəş açılan nöqtələri vurduğunu açıqlamışdı.