Türkiyə ilə İsrail "Mavi Mərmərə" gəmisində humanitar yardım apararkən şəhid olan türk vətəndaşlarına təzminat ödənilməsi məsələsinin həllinə nail olublar.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İsrail təzminatı təkcə həmin olay zamanı həlak olanların ailələrinə deyil, eləcə də yaralananlara da verəcək. Lakin İsrail həmin təzminatı birbaşa ödəməyəcək. Razılaşmaya görə, Türkiyə hökuməti Humanitar Yardım Fondu yaradacaq. Ailələrə təzminat bu fond tərəfindən veriləcək. Yaralılara isə təzminat ayrı-ayrılıqda veriləcək.
Qeyd edək ki, İsrail təzminatla yanaşı, yenidən qarşılıqlı səfir təyin olunması məsələsini də həll etmək istəyib. Lakin Türkiyə tərəfi hələlik bu məsələnin həllinə tələsmir.
Tərəflərin bu danışıqları səkkiz saat çəkib. Danışıqlarda Türkiyəni bundan öncə Təl-Əvivdə səfir olan xarici işlər nazirinin birinci müavini Firudin Sinirlioğlu təmsil edib.