“Çexiya “Şərq tərəfdaşlığı” çərçivəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir”.
APA-nın məlumatına görə, bunu Çexiyanın Azərbaycandakı səfiri Vitezlav Pivonka deyib.
"Bu vacib layihədir. Biz bunu pilot layihə kimi görürük. Əvvəllər GUAM-la əməkdaşlıq etmişik, ümid edirik ki, bu əməkdaşlığı davam etdirə biləcəyik. Çünki bu təşkilat öz yolu ilə irəliləyir.
Ümid edirik ki, vaxt gələcək, regional layihələrdə birgə əməkdaşlıq edə biləcəyik”, - deyə o vurğulayıb.