
ban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının, cəmi bir neçə ay öncə Bakıda keçirilən və xoş, unudulmaz anlarla yaddaşlara əbədi həkk olunan 4-cü İslam Həmrəyliyi Oyunlarının medallarını qazanmağa nail oldular.Onun səyləriylə, Azərbaycan qızları idmanın bu növündə də böyük uğurlara imza atmağa qadir olduqlarını nümayiş etdirdilər. Bu gün Gimnastika sahəsində Azərbaycan, qızlarımızın əldə etdikləri uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur.Bu, da onun - Mehriban xanım Əliyevanın zəhmətinin bəhrəsidir. Onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-ci il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışların bir-birinin ardınca Azərbaycanda keçirilməsi, xüsusilə də, 2015-ci ildə baş tutan möhtəşəm ilk Avropa Oyunları, eləcə də, sonuncu - 4-cü İslam Həmrəyliyi Oyunları ( bu Oyunların Azərbaycana salınması) Mehriban Əliyevanın fəaliyyətinin bariz nümunəsi, bəhrəsi və belə demək mümkünsə, beynəlxalq idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə verilən qiymət, ona olan etimadın göstəricisi idi.Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuzunu və müsbət imicini daha da artırdı və artırmaqdadır.


