https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
https://525.az/img/pics/medium/2024-05/312191_go5ng8ctfr.jpg Şəhidlər xiyabanının ilk "sakini"
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdışın miqyası sürətlə genişlənir
search
3 May 2024
2 May 2024

Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq

Türkiyə Superliqası Azərbaycanda yayımlanacaq
Türkiyə Superliqasının oyunları Azərbaycanda canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, qonşu ölkə çempionatının qarşılaşmaları “CBC Sport” kanalı ilə nümayiş olunacaq.
 
Bunu televiziya kanalının rəhbəri Volkan Üst açıqlayıb.
 
O kanalın canlı efirində bildirib ki, bu həftədən etibarən Türkiyə Superliqasının görüşləri “CBC Sport”la yayımlanacaq: “Böyük sevinc hissi ilə tamaşaçılarmıza, futbol ictimayyətinə, futbolu sevən hər kəsə bildirmək istəyirik ki, Türkiyə Superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq. Bu ilkə “CBC Sport” imza atdı. Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budu, çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə Superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq”.
 
Kanal rəhbəri derbi oyunlarının yerindən şərh ediləcəyini də istisna etməyib: “İşgüzar əlaqələrimdən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərimizi göndərməyə çalışacağıq. Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik”.
 
Qeyd edək ki, Türkiyə çempionatı indiyədək ölkəmizdə yayımlanmayıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.