|
|
|
|
Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkarlar - Tofiq Quliyevin 100 və Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Konsert Mədəniyyət və İncəsənət Universitetinin və mərkəzin birgə təşkilatçılığı ilə reallaşıb.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri çıxış ediblər.
Gecədə T.Quliyevin "Ey sevincim Bakı", "Lirik mahnı", "Kimsən sən", "Sən mənimsən mən sənin", "Qəmgin mahnı", "Zibeydə", "Canım Bakı, qanım Bakı", E.Sabitoğlunun "Əlvida", "Çiçək yağısı", "Düşürsən yadıma", "Ayrılıq", "Kəpənək", "Belə ola həmişə" mahnıları, "Şükriyyə" romansı ifa edilib.
İfaçıları Sevinc Dadaşovanın bədii rəhbərliyi ilə "Nəğməli Bakı" ansamblı müşayiət edib.
Xədicə RƏHMAN