Dekabrın 22-də, saat 15:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində ARB Aran Film Yaradıcılıq Mərkəzi tərəfindən istehsal olunan “Ölümündən sonra məhkəmə” filmi təqdim olunacaq.
Film Azərbaycan cazının əfsanəsi, istedadlı saksafon, klarnet ifaçısı Pərviz Rüstəmbəyovun nakam taleyindən, günahsız yerə həbsi və ölümündən bəhs edir.
Bədii-sənədli filmdə, arxiv materiallarından, Pərvizin cinayət işindən istifadə olunub.
Ekran əsəri Azad Şərifovun qəhrəman haqqında yazdığı məqalənin motivləri əsasında hazırlanıb.
Ssenari müəllifi və rejissoru Yeganə Əbdülməmmədovadır. Operatorlar Rafiq Əliyev və Habil Məmişov, redaktor Orxan Fikrətoğlu, montaj Pərviz Səlimov, icraçı prodüser Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç, filmin baş prodüseri isə İqbal Məmmədəliyevdir.
Filmdə Zemfira Əbdülsəmədova, Azər Aydəmir, Səfa Mehdi, Əjdər Zeynalov, Faiq Mirzəyev çəkiliblər.