
Milli Məclisdə Gülər Əhmədovanın boş qalan yerinə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə seçkilərin keçirilib-keçirilməyəcəyi məlum deyil.
APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M. Pənahov bildirib ki, boş qalan deputat yerinə seçki keçirilməsi zərurəti yaranarsa, MSK-nın iclasında bununla bağlı qərar verilə bilər.



