“Səhərdən etibarən Xətai rayonu ərazisində bir neçə seçki məntəqəsində olmuşam. Səsvermə kənar şəxslərin müdaxiləsi olmadan yaxşı səviyyədə keçir”.
Bunu APA-ya prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Serbiyadan olan müstəqil müşahidəçi Yelena Zariç Kovaçeviç deyib.
O qeyd edib ki, yerli və beynəlxalq müşahidəçilər seçki məntəqələrində səsvermənin gedişini izləyirlər: “Səsvermə saat 08.00-da başlayıb və hər şey qaydasındadır. Təxminən 17 seçki məntəqəsində olmuşam. Getdiyim seçki məntəqələrinin heç birində hər hansı bir pozuntuya rast gəlməmişəm”.