“Bizim Assambleyanın üzvləri Bakıda bir neçə məntəqədə müşahidə apardılar. Mən çox şadam ki, seçki ilə bağlı ciddi hazırlıq işləri görülmüşdü”.
APA-nın məlumatına görə, bunu aprelin 11-də prezident seçkilərində Bakıda müşahidə aparan Baltik Assambleyasının prezidenti, Litva parlamenti nümayəndə heyətinin rəhbəri Valerius Simulik deyib.
O, bildirib ki, məntəqələrdə seçici fəallığının şahidi olublar: “Hər kəs azad və sərbəst şəkildə öz namizədinə səs verirdi. Sizin ölkənizdə insanlar seçkilərdə çox fəallıq göstərirlər. Avropa ölkələrində seçici fəallığı buradan az olur. Seçki prosesi tam qanunauyğun keçirildi”.