"Biz dünən günboyu bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədik. Səsvermə zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə idi".
APA-nın xəbərinə görə, bunu Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar deyib.
Seçkilərin azad və demokratik mühitdə keçirildiyini bildirən N. Ünüvarın sözlərinə görə, səsvermə zamanı hər hansı qarşıdurma yaşanmayıb:
"Seçkilərdə qadınlar kişilərlə müqayisədə daha fəal idilər. Prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edirik. Azərbaycanın daha da inkişaf etməsini arzulayırıq".