"Azərbaycan qanunvericiliyi seçkilərin vaxtından əvvəl təyin olmasına imkan verir və qanunvericiliyə uyğun keçirilməsinə mane olmur”.
APA-nın məlumatına görə, bu sözləri Fransa müşahidə qrupunun üzvü Mişel Teğo deyib.
O bildirib ki seçkilər Qərbdəki hazırkı standartlara cavab verir:
"Digər beynəlxalq müşahidəçilər də heç bir qayda pozuntusu ilə qarşılaşmadıqlarını və seçkilərin kənar təzyiq olmadan, normal keçdiyini deyib. Seçkilər tam şəffaf olub. Nəticənin beynəlxalq və yerli “exit-poll”ara uyğun olduğunu qeyd etmək lazımdır. Seçkilər demokratik standartların davam etdirilməsi üçün doğru istiqamətdə atılan addım idi”.