Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layhəsinin III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasında təqim etməyi nəzərdə tutur.
Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, layihənin II oxunuşu üçün müzakirələr zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.