|
|
|
|
Reper Elşad Xose ilə boşanacağı xəbəri ilə medianın gündəmindən enməyən tanınmış rəqqasə Oksana Rəsulova günlərdən bəri davam etdirdiyi susqunluğuna son verdi.
Əməkdaşımızın telefon zənginə cavab verən Rəsulova şəxsi həyatına edilən müdaxilələri pisləyib, belə bir açıqlamaya imza etdi:
"Məncə, mən yetərincə danışmışam. Növbə Elşadındır. Qoy, indi Elşad danışsın. Əmin olun ki, bundan sonra şəxsi həyatımla bağlı dilimdən heç nə eşitməyəcəksiniz".
Söhbət əsnasında Oksana pərəstişkarlarına yaradıcılığı ilə bağlı anons verməyi də unutmadı: "Yaxın vaxtlarda çox maraqlı layihəmlə pərəstişkarlarımın görüşünə gələcəyəm.
Jurnalistlərə də demək istəyirəm ki, bax həmin zaman saysız-hesabsız xəbərlər hazırlayacaqsınız. Və yaradıcılığımda baş verəcək bu yenilik şəxsi həyatımda baş verən bütün hadisələri yaxşı mənada kölgədə qoyacaq".