
“Bu gün əmək haqqının az olması elmimizin əsas problemlərindəndir”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alimlərin ümumi yığıncağında deyib.
AMEA prezidenti qeyd edib ki, əmək haqqı elmin əsas problemli məsələlərindən biridir: “Akademiyada işləyənlərin sayı olduqca çoxdur, ancaq elmlə məşğul olanların sayı çox deyil. İnanıram ki, AMEA-nın İnstitutlarında islahatlar aparılmaqla, əmək haqqı məsələsi də həlini tapacaq”.



