|
|
|
|
“Venesuelada Rusiyanın hərbi kontingenti yoxdur”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında deyib.
“Bizim orada texnikaya qulluq göstərən hərbi birləşmələrimizin tərkibi periodik olaraq dəyişir. Buna görə də orda hərbi qüvvələrin toplanması, xüsusilə də hərbi kontingentin olması mümkün deyil”, - deyə S. Ryabkov qeyd edib.