Bakının Binəqədi rayonunda Bakı Poladəritmə Zavodunun ərazisində yanğın söndürülüb.
FHN-dən APA-ya bildirilib ki, ilkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.
Əlavə məlumat veriləcək.
*** 15:23
Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.