|
|
|
|
Milli Məclisin (MM) binasında yanğın təhlükəsi yaranıb. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə MM-in həyətindəki yardımçı tikilidə qeydə alınıb.
Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Əraziyə heç kim buraxılmayıb, çəkilişə icazə verilməyib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə xidmətindən APA-ya bildirilib ki, MM-in yardımçı tikilisində qısaqapanma olub. Hər hansı təhlükə yaranmaması üçün əraziyə yanğınsöndürənlər cəlb olunub.
Qısaqapanma yanğına çevrilmədən qarşısı alınıb.