|
|
|
|
Bakıda polis serjantı tabel silahı ilə özünü gülləyərək intihar edib.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ikinci Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Sabunçu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 11 ünvanında yaşayan Nərimanov Rayon Mühafizə Polisinin serjantı, 1974-cü il təvəllüdlü Əli İslam oğlu Novruzov tabel silahı ilə baş nahiyəsinə atəş açaraq intihar edib.
Hazırda intiharın baş vermə səbəbləri araşdırılır.