|
|
|
|
Azərbaycanda hərbçiləri daşıyan avtobus qəzaya uğrayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəmkir-Gədəbəy yolunun 4-cü kilometrliyində qeydə alınıb.
Hərbçiləri daşıyan “PAZ” markalı avtobus “Toyota Land Cruiser” markalı minik maşını ilə toqquşub və aşıb. Nəticədə avtobusda olan hərbçilərdən biri dünyasını dəyişib, 4-5 nəfər isə ağır xəsarət alıb. Yaralılar Şəmkir hospitalına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.