|
|
|
|
Azərbaycanda baş verən avtobus qəzasında ağır xəsarət alan hərbiçilərin adları məlum olub.
Şəmkir Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Yasamal aşırımında qeydə alınıb. Qəza zamanı 1985-ci il təvəllüdlü Canbulat Zahir oğlu Əmrahovun idarə etdiyi “10-PK-248” dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə Müdafiə Nazirliyinin baş giziri 1976-cı il təvəllüdlü Zülfüqar Elxan oğlu Şirəliyevin idarə etdiyi “8573- AO” dövlət qeydiyyat nişanlı “PAZ” markalı sərnişin avtobusu toqquşub.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü, mayor İrşad Salman oğlu Abbasov və 1972-ci il təvəllüdlü Midhət Tələt oğlu Əsədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan həmçinin bildirilib ki, qəza nəticəsində xəsarət alan avtobusun sürücüsü və digər şəxslər Gəncə Şəhər Hərbi Hospitalına yerləşdirilib.



