Konqresmenlər Luke Messer (R-İN), Leonarde Lance (R-NJ) və Gregory Meeks ABŞ-ın 113-cü çağırış Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupa (D-NY) qoşulub. APA-nın məlumatına görə, bununla da İşçi Qrupunun üzvlərinin sayı 49-a çatıb.
Qeyd edək ki, 15-20 iyul tarixlərində Vaşinqtonda səfərdə olan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadə səfər çərçivəsində Konqresdə çoxsaylı görüşlər keçiriblər.