|
|
|
|
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Xorvatiya Respublikasının sabiq prezidenti Stepan Mesiç Azərbaycan Müdafiə Nazirliyində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Səfər Əbiyevlə görüş zamanı ölkələr arasında müxtəlif sahələr üzrə həyata keçirilən geniş əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. General-polkovnik Səfər Əbiyev qonağı Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış gərgin hərbi vəziyyətlə tanış edib.
Görüşdə hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunulub.