|
|
|
|

İyunun 23-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etmiş Ermənistan ordusunun hərbi hissələrin birində Vanadzordan orduya çağırılmış hərbi qulluqçulardan birinin ürəyi dayanıb.
Məlumatı Helsinki Vətəndaş Assambleyasının Vanadzor (keçmiş Kirovakan) ofisi yayıb. Lakin Ermənistanın Müdafiə Nazirliyi məsələ ilə nədənsə açıqlama vermir. Buna görə də, ölən əsgərin adı və ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, iyulun 22-də Ermənistan ordusunun Dağlıq Qarabağ ərazisindəki işğalçı birləşmələrində biri olan "Aykazov" dəstəsində 2012-ci ildə Vanadzordan hərbi xidmətə çağrılmış Narek Ovsepyan güllə yarasından ölüb.
anspress



