|
|
|
|
Daşkəsəndə qaynana öz kürəkənini bıçaqlayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iyulun 29-da Daşkəsən rayonu Yuxarı Daşkəsən qəsəbəsinin ərazisindən qəsəbə sakini Zahir Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.
Daşkəsən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin Z.Həsənovun qayınanası Elmira Bayramova tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.



