|
|
|
|

Dövlət Sərhəd Xidmətinin təlim mərkəzində döyüş atışlı taktiki təlimlər keçirilib. Təlimlərə Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri, döyüş helikopterləri, müasir zirehli texnika, artilleriya və zenit raket kompleksləri cəlb olunub.
Təlimlər zamanı sərhəd dəstəsi, komendantlıq, zastava və xüsusi təyinatlı bölmənin şəxsi heyəti xüsusi şəraitə keçirməklə şərti düşmənin dövlət sərhəddini pozmuş terror-təxribat qrupu zərərsizləşdirilib, bundan əlavə, Dövlət Sərhəd Xidmətinin aviasiya dəstəsinin döyüş helikopterləri də şərti düşməni havadan açılan atəşlə zərərsizləşdirərək öz hünərlərini göstəriblər.
Təlim zamanı xüsusi təlim keçmiş itlər və müasir tipli axtarış avadanlıqları vasitəsilə axtarışların aparılması da həyata keçirilib. Təlimləri baş nazirin birinci müavini Yaqub Eyyubov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev izləyib.



