https://525.az/img/pics/medium/2024-05/312742_o2elmmb42l.jpg “525-ci qəzet”in 7 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-09/284146_5ffmi927on.png "Böyük Qayıdış"ın sürətlə reallaşması böyük strateji əhəmiyyət daşıyır
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-05/312704_5cpv6qeev8.jpg İnnovativ dərsliklərdə QR kod istifadəsi
search
7 May 2024
6 May 2024

Qurban Qurbanov "ilin ən yaxşı məşqçisi" seçildi

Qurban Qurbanov "ilin ən yaxşı məşqçisi" seçildi

Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisinin adı məlum olub.

525.az-ın məlumatına görə, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən 5-i Vüqar Məmmədə, 3-ü Yuri Maksimova, 3-ü Roberto Bordinə, 3-ü isə Tərlan Əhmədova səs verib.

Qurban Qurbanov 2018-ci ildə “Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir "Fairmont otel"in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 15.30-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.