|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Beynəlxalq Kulinariya Gününə həsr edilmiş mərasim keçirilib. AMKA-nın icraçı direktoru Ceyran Əsgərova 20 oktyabr – Beynəlxalq Kulinariya Gününün artıq dünyada 10-cu, Azərbaycanda isə 7-ci dəfədir qeyd olunduğunu bildirib. O, kulinarlarımızın son bir ildə əldə etdikləri uğurlardan söhbət açıb: “Bu müddətdə Azərbaycan kulinarları 12 qızıl, 14 gümüş, 18 bürünc medal, 1 kubok və onlarla diplom qazanıblar. İki beynəlxalq elmi konfransda, 6 çempionatda iştirak edən komandamız ölkəmizdə də regional mətbəxin öyrənilməsi, Ağcabədi, Qəbələ, Şamaxı və digər regionlara ekspedisiyaların təşkili, milli mətbəximizin təbliği sahəsində də böyük uğurlara sahib olub”.
Sonda kulinarlara AMKA-nın diplomları, adlar və dərəcələr verilib.
S.ABDULLAYEVA



