https://525.az/img/pics/medium/2026-07/398357_l1qhxs8mpi.jpg Bülövqaya tədqiqatları nədən xəbər verir? - Qədim mədəniyyətlərin izi ilə
https://525.az/img/pics/medium/2026-07/398353_4wbzp8g9ac.jpg Fəxr və kədərin qovuşduğu göz yaşları - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-07/398408_djy3bj8wvd.jpg Messiyə qalmayan futbol - İlqar Tağıyev yazır  
https://525.az/img/pics/medium/2026-07/398373_ihc52817zu.jpg Xalqa xidmətlə, sözə məhəbbətlə bəzənən ömür - Abid Tahirli yazır
search
24 İyul 2026

Ermənistan Futbol Federasiyasının prezidenti Azərbaycanda villa tikdirir

Ermənistan Futbol Federasiyasının prezidenti Azərbaycanda villa tikdirir

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan Şuşaya köçür.

Apasport.az saytı xəbər verir ki, “Nemes Rubo” kimi tanınan sabiq deputat Azərbaycanın işğal olunmuş tarixi şəhərində özünə dəbdəbəli villa tikdirir.
 
Ermənistanın “Jamanak” qəzetinin məlumatına görə, Ayrapetyan ölkənin digər imkanlı şəxslərini də Şuşada malikanə tikdirməyə təşviq edir. Onun məqsədi Qarabağ ərazisində məskunlaşan ermənilərə bu bölgələrə sadiq olduğunu göstərməkdir.
 
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın baş nazirinin müavini Artur Aqabekyan da bu xəbəri təsdiq edib. O bildirib ki, digər iş adamları da Ruben Ayrapetyanın çağırışına səs versələr, onlara əllərindən gələn köməkliyi göstərəcəklər.
 
Qeyd edək ki, Ayrapetyan 2012-ci ilin iyun ayında özünə məxsus olan “Arsnakar” restoranında hərbiçi həkimləri döydürdüyü üçün deputat mandatını itirib. O, Ermənistanda qalmaqallara meylli şəxs kimi tanınır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.