Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş və 93 saylı Bərdə Şəhər Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.
APA-nın xəbərinə görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.
T. Həsənov deyib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir: "Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsiylə yayımlanıb”.
MSK bu fakta əsasında 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.