|
|
|
|
Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanlar mövcuddur.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun Bakıda keçirilən "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Estoniya, Ukrayna və Belarus kimi ölkələrdə bu proses sürətlə gedir və Azərbaycanın iqtisadiyyatının rəqəmsallaşma sürətini nəzərə alaraq, bu imkanların burada yaradılması məqsədə uyğundur.