Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin Azərbaycanda koronavirusla bağlı vəziyyətin müzakirəsini nəzərdə tutan birgə iclası təxirə salınıb.
Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 16-da keçiriləcək iclasının gündəliyinə koronavirus (Covid-19) infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görüləcək tədbirlər barədə məsələ daxil edilmişdi.