Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, erməni silahlı bölmələri bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.