Azərbaycanda toyda kütləvi zəhərlənmə baş verib.
525.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 13-də Qazax rayonunun Daş Salahlı kəndində, kənd sakini Əfqan Sofiyevin keçirdiyi toy məclisində iştirak edənlərdən 38 nəfəri qidadan zəhərləniblər. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.