BİRİNCİSİ, Avropanın tam ortasında yerləşən, özünü demokratiyanın, mədəniyyətin beşiyi sayan (biz fransız xalqının dünya elminə, sənətinə, ədəbiyyatına verdiyi töhfələri inkar etmirik, əksinə, Volteri, Balzakı, Sartrı, Kamyunu, Napaleonu, Şarl De Qolu... oxuyuruq, öyrənirik, başqalarını da onları öyrənməyə təşviq edirik), səksən milyonluq Fransanın əhalisinin təxminən on faizi müsəlmandır.
Bu müsəlmanlar fərqli ölkələrdən, özəlliklə Afrikadan - bir vaxtlar Fransanın müstəmləkəsi olmuş, indi də ciddi təsir imkanlarını qoruyub saxlayan (fransız dilini ana dili kimi işlədirlər) ölkələrdən gəlib Fransa vətəndaşı olmuşlar. Təhsil səviyyələri yüksək olmasa da, siyasətdə, elmdə, mediada fəal iştirak etməsələr də (əhalinin on faizini təşkil edən müsəlmanların Fransa parlamentində cəmisi on millət vəkili var), sosial həyatda, məsələn, idmanda, ticarətdə önəmli yer tuturlar, böyük bir qismi dininə çox bağlıdır, Fransa dövlətinin onlara qarşı tətbiq etdiyi zülm, ayrı-seçkilik, aşağılama, fransız irqinin üstünlüyü siyasəti bu ölkədə yaşayan müsəlmanların dini və milli duyğularını oyadır, onları birliyə sövq edir, bəzən də şiddətə yönəldir (şiddətin səbəbi zülmdür), üstəlik fransız əsilli müsəlmanların sayı hər gün artır, fransız əhalisi sürətlə qocalır...
İKİNCİSİ, Fransa Avropada müsəlman-türk düşmənliyini dövlət siyasətinə çevirən ölkələrin lideridir, ölkə içindəki siyasi çəkişmələrin ana mövzularından biri İslam və müsəlmanlardır. İrqçi siyasətçilər İslamı və müsəlmanları Fransa dövləti üçün təhlükə sayırlar. Fransada İslam, müsəlman, türk, Türkiyə düşmənliyi siyasi qazanc gətirir, Fransız xalqının önəmli bir hissəsini səfərbər edir, onları müsəlman düşmənliyi təbliğ edən siyasi təşkilat və liderlərə səs verməyə yönəldir.
ÜÇÜNCÜSÜ, İslam və müsəlman düşmənliyi ayrı-ayrı siyasətçilərin, təşkilatların deyil, Fransa dövlətinin siyasətidir deyirik. Bu, doğru təsbitdir. Sizə təqdim edəcəyim örnəklərin bu təsbitin doğruluğuna sizi də inandıracağını düşünürəm. Baxın, Fransa dövləti öz müsəlman vətəndaşlarını sıxışdırmaq üçün hansı addımları atır:
- Fransa bir müstəmləkə dövlətidir, özünü ağa, müsəlmanları kölə sayır. Bu, siyasətin əsasını təşkil edir;
- Məsələni hüquqi müstəviyə daşıyır, insan haqq və hüquqlarına zidd olan qanunlar, qərarlar qəbul edir;
- Sarkozi deyirdi ki, iki min ayəni Qurani-Kərimdən çıxarmaq lazımdır, bu məqsədlə bir "alimlər" qrupu yaratmışdı;
- Makron deyir ki, İslamı yenidən dizayn etməliyik, fransız İslamı yaratmalıyıq;
- Fransa dövləti terrorla İslamı eyniləşdirir, "islami terror" ifadəsini özəlliklə seçir;
- Fransız televiziya, radio və qəzetlərində Qurani-Kərim, Allah Rəsulu təhqir olunur;
- İslami ölçüyə uyğun geyinmiş qadınların təhsil və işləmək imkanlarını məhdudlaşdırır;
- İslami ölçüyə uyğun geyinmiş qadınların dövlət idarələrinə girişini yasaqlayır;
- Halal ət kəsiminə icazə vermir;
- Mağazalarda halal malların satış bölmələrinin olmasına qadağa qoyur;
- Oğlan uşaqlarının sünnət edilməsinə imkan vermir (övladlarını sünnət etdirən yəhudilərin etirazı ilə bir az geri çəkildi);
- Məscidlərin sayını azaldır;
- Deyir ki, minarəli məscidlər tikilməyəcək - minarə Tövhidin simvoludur;
- İnanmayacaqsınız, ancaq bu, həqiqətdir: deyir ki, ictimai məclislərdə bir-birinə haram olan qadın və kişilər əl-ələ verib görüşməlidirlər;
- Məscidlərin qarşısından donuz başı asır;
- Televiziya, radio, jurnal və qəzetlərdə İslam və müsəlmanlar təhqir olunur;
- Müsəlmanların evlərinə təhdid məktubları göndərilir;
- Xəbərlərin doxsan faizi müsəlmanların əleyhinədir;
- Allah Rəsulunun karikaturu çəkilir;
- İslamın dəyər və simvolları ələ salınır;
- İslama və müsəlmanlara təhqir etmək təşviq olunur, mükafatlandırılır;
- Deyir ki, uca səslə azan verə bilməzsiniz;
- Müsəlmanların dövlət işlərində çalışmasına qadağalar qoyur;
- Makronun göstərişi ilə Allah Rəsulunun karikaturu böyüdülərək ictimai binalardan asılır;
- Məktəb və universitetlərdə İslam, müsəlman, türk düşmənliyi açıq-aşkar təbliğ olunur, dərsliklərdə bu məsələ önəmli yer tutur;
- "Erməni soyqırımı yoxdur" deyənlərin həbs olunması ilə bağlı qanun çıxarır;
- Müsəlmanlara deyirlər ki, siz kirlisiniz (pisliksiniz), onların bu çirkin iftirasında maddi və mənəvi (fikri) kirlilik nəzərdə tutulur.
İndi vicdanı olanlar, ağlı kirlənməyən, fitrəti pozulmayanlar düşünsünlər: kirli olan kimdir? Təmizlik imandandır ölçüsünə inanan, gündə beş dəfə dəstəmaz alan, ehtiyacı olanda qüsllanan, uca Allahın haram buyurduqlarını yeməyən və içməyən, kəbinsiz cinsi münasibəti rədd edən müsəlmanlarmı, yoxsa qüsl nədir bilməyən, uca Allahın haram saydıqlarını yeyən və içən, övladlarının yüzdə otuz beşi bic olan (zina yolu ilə doğulan), onlar kimi olmayanlara siz pisliksiniz çirkabı atan fransızlarmı? Sizcə, fikri kirli olanlar kimlərdir? Fransız olmağı üstünlük ölçüsü sayan, koronavirus dönəmində yaşlılarını qocalar evində ölümə təhrik edən fransızlarmı, yoxsa "Cinsiyyət, irq, rəng, zənginlik, məkan, vəzifə üstünlük ölçüsü deyil, üstünlük təqvadadır" ayəsinə inanan, qocalarına "uf" belə deməyən müsəlmanlarmı?
Biz bütün fransızlara qarşı deyilik, onların içərisində gözəl insanların olduğunu bilirik, hamını tərəzinin eyni gözünə qoymuruq.
Fransa və Makron niyə İslam, müsəlman, Türkiyə düşmənliyini körükləyir?
BİRİNCİSİ, İngiltərə Avropa Birliyindən çıxdı. Bir xristian birliyi olan bu qurum zəiflədi, ancaq Fransanın da Avropa Birliyinin lideri olmaq imkanlarını artırdı. Liderlik mübarizəsi öncə Almaniya, İngiltərə, Fransa arasında gedirdi, indi isə Almaniya ilə Fransa baş-başadır. Müsəlman düşməni olmaq liderlik imkanını artıran önəmli məsələlərdən biridir. Fransa deyir ki, Avropanın düşmənləri var, bu düşmən müsəlmanlardır, mən də sizi o düşməndən qoruyacağam.
İKİNCİSİ, Makron Avropanın lideri olmağa can atır, bilir ki, Angela Merkel sıradakı seçimdə namizəd olmayacaq (sağlamlıqla bağlı sıxıntıları var), liderlik yeri boşalacaq. Ancaq Fransa siyasi, iqtisadi güc baxımdan Almaniya olmadığı kimi, Makron da ağıl, qabiliyyət, imkan baxımından Merkel deyil. O unudur ki, ölkəsində lider ola bilməyən, Avropaya lider ola bilməz.
ÜÇÜNCÜSÜ, Fransa ənənəvi siyasətini gerçəkləşdirir, yeni müstəmləkələr axtarır, düşünür ki, sömürə biləcəkləri müsəlmanlardır.
DÖRDÜNCÜSÜ, Makronun dönəmində Fransanın iqtisadi imkanları azaldı, azalmağa da davam edir. Təbii ki, buna uyğun olaraq da Makron nüfuzunu itirir, anketlər deyir ki, fransızların cəmisi 15-20 faizi onu dəstəkləyir. Bu halda, diqqəti ölkədaxili problemlərdən yayındırmaq ehtiyacı var. Xarici düşmən uydurulmalıdır. Bu düşmən də müsəlmanlar və Türkiyədir.
BEŞİNCİSİ, İslama, müsəlmanlara, Türkiyəyə düşmən olmaq ölkə daxilində və Avropada Makronun siyasi imkanlarını artırır.
ALTINCISI, Makrona rəqib olan əsas partiyanın nüfuzu sürətlə artır. Bu rəqib partiyanın əsas silahlarından biri İslama, müsəlmanlara, Türkiyəyə qarşı olmaqdır. Deyirlər ki, müsəlmanları ölkədən qovmaq lazımdır. Makron rəqibinin silahını əlindən almağa çalışır, ona görə də İslam, müsəlman, Türkiyə düşmənliyini körükləyir.
YEDDİNCİSİ, COVİD-19 ilə mübarizədə Makronun bacarıqsızlığı ortaya çıxdı. Sarı jiletlilər onun nəfəsini kəsdi. Makron diqqəti əsas məsələlərdən yayındırmağa can atır.
SƏKKİZİNCİSİ, Fransa və Makron İslamı terrorla eyniləşdirdi. Bunun üçün İŞİD bəlasını ortaya çıxaranlar sırasında önəmli yer tutdu.
DOQQUZUNCUSU, "Fransız islamı" anlayışını ortaya atır, bu, dini deyil, siyasi anlayışdır, mesajı budur: müsəlmanlar vəhşidirlər, Qurani-Kərim terror qaynağıdır, biz Qurani-Kərimi mənafelərimizə uyğun açıqlayacağıq, müsəlmanları tərbiyə edəcəyik, onları Fransanın çıxarına xidmət edən topluma çevirəcəyik. Bu yolla da fransızların ağalığı, müsəlmanların köləliyi təmin olunacaq.
ONUNCUSU, Makron və Fransa Suriyada, Liviyada Türkiyəyə məğlub oldu, indi Ağ dənizdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışır, Yunanıstana siyasi və hərbi yardım edir.
ON BİRİNCİSİ, Makron cəsur Ərdoğanla Türkiyəni qarşı-qarşıya qoyur, deyir ki, biz Türkiyəyə deyil, Ərdoğana düşmənik, yəni Ərdoğandan imtina edin, biz də sizdən əl çəkək. Bu, Türkiyənin daxili işlərinə burnunu soxmaqdır.
ON İKİNCİSİ, Makron Ərdoğanı şeytanlaşdırır, məlum dərginin bugünkü üz qabığında Ərdoğanın karikaturu var.
ON ÜÇÜNCÜSÜ, Avropada ciddi lider böhranı var. Makron kimi qeyri-ciddi, qabiliyyətsiz, səviyyəsiz bir adamın Fransa prezidenti olması bunu açıq göstərir.
ON DÖRDÜNCÜSÜ, Makron Ermənistana açıq-aşkar hərbi və siyasi yardım edir, Türkiyə və Azərbaycanın qarşısında yer alır.
ON BEŞİNCİSİ, Fransa Türkiyəyə qarşı olan terror təşkilatlarının mərkəzlərindən biridir, dövlət onlara hər cür yardım göstərir, PKK təmsilçilərini Yelisey sarayında qəbul edir.
ON ALTINCISI, Makronun siyasi partiyası yoxdur. Onu iqtisadi çevrələr hakimiyyətə gətirdilər. Onların çoxu da İslama və müsəlmanlara düşməndir. Makron bu addımları ilə onlara borcunu ödəyir, sıradakı seçimdə də dəstək istəyir.
ON YEDDİNCİSİ, Makron erməni lobbisinin təsiri altındadır.
ON SƏKKİZİNCİSİ, Makron çağının Napoleonu olmaq iddiasındadır, ancaq bu iddianın gerçəkləşməsi üçün zəruri olan siyasi zəka, qabiliyyət və imkandan məhrumdur. Unudur ki, indi XXI yüzillikdir.
ON DOQQUZUNCUSU, Makronun canında İslam, müsəlman, Türkiyə düşmənçiliyi var, onu nifrət, kin idarə edir.
İYİRMİNCİSİ, Makronun arvadı dünyada İslam və müsəlman düşməni kimi tanınan, böyük siyasi, iqtisadi, informasiya imkanları olan çevrələrin Paris bürosunun başçısıdır.
Çıxarılacaq nəticələr:
BİRİNCİSİ, İslam, müsəlman, Türkiyə düşmənliyini körükləyən, işğalçı Ermənistana açıq-aşkar siyasi, hərbi dəstək verən zalım Fransanın Minsk qrupunun həmsədri olması Azərbaycan üçün təhqir və təhlükədir. Bu dövlətin həmsədrliyindən imtina olunmalıdır.
İKİNCİSİ, Fransanın və Makronun düşmənlik siyasəti ifşa olunmalı, onların demokrat maskası yırtılmalıdır.
ÜÇÜNCÜSÜ, müsəlmanlar ayılmalı, dostu ilə düşmənini tanımalı, dəyərlərinə sahib çıxmalıdır, yoxsa zülm və köləlik davam edəcək.
DÖRDÜNCÜSÜ, İslam aləmində dərin bir cəhalət var, cəhalət ümmət şüurunu sıradan çıxarır, fikri, əməli, dini birliyi yox edir. İslam aləmini köləliyə məhkum edən bu cəhalət bəlasından qurtarmaq üçün çox ciddi işlər görülməli, Qurani-Kərim mərkəzli din anlayışı hakim qılınmalıdır. Güclü ümmət şüurlu, elmli, ədalətli ümmətdir.
BEŞİNCİSİ, Fransa və Makronun İslamı, müsəlmanları təhqir etməsinə əsla və əsla terrorla cavab verilməməlidir, bu çox yanlış addımdır, heç bir dini əsası yoxdur, onların tələsinə düşməkdir, önəmli olan fikri mücadilədir.
ALTINCISI, cəsur Ərdoğanın çağırışına qoşularaq Fransanın mallarını boykot etməliyik, bununla da iş bitmir, Türk malları almalıyıq.
YEDDİNCİSİ, yorulmadan, bezmədən İslami dəyərləri ən gözəl biçimdə yaşayaraq və təbliğ edərək tanıtmalıyıq.