Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub.
APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin qəbulda nitq söyləyib.