https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
29 Mart 2024
28 Mart 2024

Xarici bukmeyker saytları azərbaycanlıların pulunu necə oğurlayır?

Xarici bukmeyker saytları azərbaycanlıların pulunu necə oğurlayır?

BİRİNCİ YAZI

"Futbol+" qəzetində bəzi xarici bukmeyker saytlarının Azərbaycanda qanunsuz fəaliyyət göstərməsi ilə bağlı silsilə yazılar dərc olunub. Həmin yazılardan birincisini təqdim edirik. 

44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitdi.

Şanlı üçrəngli bayrağımız tezliklə işğaldan qurtulan bütün bölgələrdə dalğalanacaq və bir daha enməyəcək.

Amma ölkəmizi coğrafi mənada işğaldan qurtarsaq da, hələ də buralarda "at oynadan", adamlarımızın cibinə girən, onlardan oğurladığı pulu güllə, mərmi şəklində əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın başına yağdıran "1xBet" və "Mostbet" kimi şirkətlərin əsarətindən çıxa bilmirik.

Bəlkə də çox sərt yanaşma oldu. Bu yazılar silsiləsini oxuyandan sonra mənim kimi düşünəcəyinizə əminəm.

Azərbaycanlıların pulunu necə oğurlayırlar? 

Bu iki şirkətin fəaliyyəti ilk baxışdan sadə görünən, amma incəliklə işləyən fırıldaq mexanizmi üzərində qurulub. "1xBet" və "Mostbet" Azərbaycan ərazisində rəsmi qeydiyyatdan keçmiş şirkət kimi işləməmək, vergi ödəməmək üçün Cəbəllütariq, Cənubi Kipr, Kuraçao kimi ölkələrdə, ofşor zonalarda saxta, yəni əslində ofisi, işçisi, avadanlığı olmayan, amma kağız üzərində mövcud olan şirkətlər yaradırlar.

Beləliklə, lisenziyasız və vergi ödəmədən çalışan bukmeker kontorları qeyri-leqal, qanunsuz mərc oyunları təşkil etməklə külli miqdarda pul qazanırlar.

Bu şirkətlərin ofşor zonalarda qeydiyyatdan keçməsinin konkret səbəbləri var. Cəbəllütariq, Kuraçao, Malta, Cənubi Kipr kimi ofşor zonalarda qeydiyyatdan keçən bukmeyker kontorları bu ölkələrin vergi qanunvericiliyindəki boşluqdan yararlanır, fəaliyyət dairəsini isə dünyanın bütün ölkələrinə yayırlar.

Beləliklə, adı çəkilən kontorlar dövlət nəzarətindən tam kənarda işləyirlər ki, bu da onların etibarsızlığına dair ən ciddi sübutdur. İkincisi, dövlət qarşısında heç bir məsuliyyət və öhdəlik hiss etməyən kontorlar müştərilərə ən geniş xidmətlər, o sıradan onlayn kazino da təklif edir.

Təbii ki, belə kazinoların işində əyləncəli oyunlarla bağlı hansısa qadağa yoxdu, yəni müştərilər intəhasız sonluğa qədər oynaya və uduza bilərlər. Ölkəsinin vergi orqanlarında problemlə üzləşən istənilən müştəri artıq kontorun yardımına bel bağlamamalı, günahı özündə axtarmalıdır. 

Rusiya hələ də "1xBet"in yaradıcılarını axtarır 

Konkret nümunə əsasında danışaq. "1xBet"in yaradıcıları Semioxin, Kazorin və Karşkov qeyri-qanuni yolla 63 milyard rubldan artıq pul qazanıb. Hər üçü Rusiya vətəndaşlığı ilə yanaşı, Kipr vətəndaşlığına da malikdi və hazırda beynəlxalq axtarışdadılar. Lisenziya almağı, vergiləri ödəməyi lazım bilməyən, yəni Azərbaycanın dövlət büdcəsinə qara qəpik də xeyir verməyən "1xBet" və "Mostbet", təbii ki, belədə konkret oyunlar üçün əmsalları ölkəmizdəki qanuni mərc operatorları ilə müqayisədə bir qədər yüksəltmək imkanı qazanır. Düzdü, bunun da arxasında fırıldaq dayanır. Konkret nümunə əsasında göstərək. Məsələn, istifadəçiyə 100 manat "xoş gəldin" bonusu verirlər. Amma o bonusu 10 qat artığını almadan vermirlər. Yəni 100 manat bonus almaq istəyən adam 1000 manat yatırmalıdı. Həmin 100 manatla oynayırsan, 1000 manata yüksəlməyincə ala bilmirsən, təbii ki, yüzdə 99 halda da itirirsən o bonusu. Kəsəsi, "1xBet"in bonusunu sistemdə xərcləməlisən, xərcləmək üçün də öz cibindən pul yatırmalısan.

"Mostbet"lə bağlı durum isə bir qədər fərqlidi. Moskvada qanuni əsasda fəaliyyət göstərən şirkətin ofşor zonada qeydiyyatdan keçən adaşı da var. Tam fərqli hüquqi şəxsin, daha doğrusu, yunanların adına qeydiyyatdan keçiriblər, "1xBet" ilə yanaşı, bu şirkət də azərbaycanlıların pulunu xaricə daşımaqla məşğuldur.

Daha bir konkret fakt: "1xBet"in kazinosunun baş direktoru, yəni bütün fırıldaq mexanizmlərinin başında dayanan üç-beş adamdan biri Kipr ermənisi Kiriaki Kostikyandı. Kipr yunanlarının və ermənilərin Azərbaycana, azərbaycanlılara, ümumiyyətlə, türk dünyasına necə münasibət bəslədiyini söyləmək isə artıqdı. Bunu görə-görə gəlmişik, sonuncu - 44 günlük müharibənin gedişində də gördük! Belə çıxır ki, halal pulumuzu erməniyə, yunana yedizdirməklə özümüz də bilmədən növbəti faciələrimizi maliyyələşdirir, gələcəyimizin altına mina qoyuruq. Bəs külli miqdarda pulun fırıldaq sxemləri əsasında Azərbaycandan kənara çıxmasına niyə göz yumulur? Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, başqa dövlət qurumları hara baxır? Ümumiyyətlə, faciənin miqyasını təsəvvür edirlərmi? Adı çəkilən şirkətlər İngiltərədən hansı rüsvayçılıqla qovulub? Növbəti yazılarda bütün bu suallara cavab axtaracağıq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.