
Ana torpaq yolunda canını əsirgəmir Vətən oğulları. Özünü oda, alova atır. Vətəni dərin məhəbbətlə sevən oğullar.
Oğulları heç bir hədə qorxutmur. Ürək və gözlərində Vətənə sonsuz məhəbbət yuva salan bu oğullar sinələrini düşmən gülləsinə sipər edirlər. Ölməzliyə qovuşurlar.
Təki Vətən sağ olsun, torpağımız azad nəfəs alsın. Can qurban verirlər bu fədakar, cəsarətli, əyilməz oğullar. Şəhid olurlar, əbədiyyata qovuşurlar.
Vətənə düşmən ayağı dəyməsin, üçrəngli bayrağımız göylərə yüksəlsin deyə:
Şəhidim,
fəda edib canını,
axıtdın torpağa
al qanını.
Vətənə
məlhəm oldu
sənin qanın,
sağaltdı yaralarını.
Şəhidim, bürünüb
üçrəngli bayrağa
Əbədi qovuşdun
Müqəddəs,
doğma torpağa.
Adil MİSİRLİ
Ağcabədi



