Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 211 nəfər ölüb. Bu, COVD-19-dan gündəlik ölümlə bağlı Türkiyədə ən yüksək göstəricidir.
525.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə deyib.
Nazir qeyd edib ki, son 24 saatda koronavirus testi 200 mini keçib. Belə ki, bu gün 201 219 nəfər koronavirus testindən keçib, 6593 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyənlərlə birlikdə 33 198 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı isə 5882 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 552 304 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 314 nəfəri ölüb.