
Aşdı o aşılmaz istehkamları,
Yurdda yeni cığır saldı şəhidlər.
Susan ürəyiylə, axan qanıyla
Torpağı yağıdan aldı şəhidlər.
Torpağı canından çox əziz bildi,
Düşmənin izini-tozunu sildi.
Alovdan yaranmış bir odlu seldi,
Düşmən səflərinə daldı şəhidlər.
Hər qarış torpağa Vətən dedilər,
Qələbə əzmilə irəlilədilər,
Dörd yandan başına od ələdilər,
Düşmənin izini sildi şəhidlər.
Yağı hər sırada, yağı hər səfdə,
Durmazdı önündə olsaydı dev də,
İndi hər ürəkdə, indi hər evdə
Əbədi bir məşəl oldu şəhidlər.
Məzarı qibləmiz, and yerimizdir,
Qibləmiz, Məkkəmiz, dəyərimizidir,
O, sənsən, o, mənəm - hər birimizdir -
İçimizdən keçən yoldu şəhidlər.
Daha ana yurdun yox qan-qadası,
Qoy, məğrur gürünsün şəhid atası,
Gəlsin Qarabağdan Xanın sədası,
Zəfər qələbəsi çaldı şəhidlər.
Vaqif ZAUR



