|
|
|
|

Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 4 mart 2014-cü ildə Qırğızıstanın A. Maldıbayev adına Milli Akademik Opera və Balet Teatrında "Azərbaycanın xalq yazıçısı Anarla görüş" keçirəcək.
525.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın xalq şairi Fikrət Qoca, Azərbaycanın Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Respublikasının xalq artistləri Mələkxanım Eyyubova, Möhlət Müslimov və Fəxrəddin Dadaşov, müğəni Şahmar Tapdıqov, Qırğızstanın xalq yazıçısı Mar Bayciyev, Qırğız Respublikasının xalq artisti Roza Amanova, Qırğız Respublikasının əməkdar mədəniyyət xadimi, şairə Svetlana Suslova, əməkdar artist Sadırbek Jumaşev və Qırğız Milli Akademik Opera və Balet Teatrının solistləri Baktıqul Bokoyeva və Stalbek Junuşaliyev iştirak edəcəklər.



