|
|
|
|
Respublika Gənclər Kitabxanası 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə bu günün tarixindən, əhəmiyyətindən bəhs edən videomaterial hazırlayıb.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan videoçarxda hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalı fikri rəhbər tutularaq, dilin dövlət dili statusuna yüksəlməsinin millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutu olması faktı diqqətə çatdırılır.
Videoçarxda Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən, ölkəmizdə keçdiyi inkişaf mərhələsindən ətraflı bəhs edilir.
Materialda bu sahədə Ümummilli liderimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin müdrik siyasətinə dair fikirlər, bu sahədə imzalanan qanun və sərəncamlar öz əksini tapıb.
Bundan əlavə, kitabxananın sosial şəbəkələrində Beynəlxalq Ana Dili Günü münasibətilə bu mövzuda çoxlu sayda maraqlı paylaşımlar istifadəçilərin diqqətinə çatdırılıb.



