Bakıda baş verən zəncirvarı yol qəzasında 1 nəfər ölüb.
525.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində daha 1 nəfər xəsarət alıb.
Hazırda DYP əməkdaşları hadisə yerində araşdırma aparır.
***
Bakıda zəncirvarı yol qəzası olub.
525.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, Bakı Dairəvi Yolunun Lökbatandan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub.
APA hadisə qəza baş verən ərazidən videogörüntülər təqdim edir.