|
|
|
|
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə görüşüb.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.
Görüş Cenevrədə Kiprlə bağlı qeyri-rəsmi 5+BMT iclası çərçivəsində baş tutub.
Türkiyəli nazir qeyd edib ki, Kipr probleminin həlli iki tərəfin beynəlxalq səviyyədə bərabər statusu və suverenliyinə əsaslanmalıdır.
“Bütün bölgə üçün sülh və sabitlik ancaq adadakı iki dövlətin əməkdaşlığı ilə mümkün ola bilər”, - deyə M. Çavuşoğlu vurğulayıb.