Tacikistan Prezidenti Emomali Rahmonun bacısı Qurbonbi Rahmonova 64 yaşında vəfat edib.
525.az-ın verdiyi xəbərə görə, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Tacikistan Səhiyyə Nazirliyindəki mənbənin RİA “Novosti”yə verdiyi xəbərə görə, Emomali Rahmonun bacısı paytaxt Düşənbədə müalicə olunduğu 5 nömrəli klinik xəstəxanada yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.
Qurbonbi Rahmonova bu gün dəfn ediləcək.
İyulun 5-də Tacikistan Prezidentinin qaynanası 88 yaşlı Uzbekbi Asadulloeva da koronavirusdan vəfat edib.