|
|
|
|

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı "Fərat qalxanı" əməliyyatı bölgəsində türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum olub.
525.az-ın Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) istinadla verdiyi xəbərə görə, terror aktında Türkiyə Ordusunun 2 hərbçisi şəhid olub, daha ikisi yaralanıb.
Hələb əyaləti yaxınlığında baş vermiş terror aktının PKK/YPG tərəfindən törədildiyi bildirilib.



