|
|
|
|

Türkiyənin Adıyaman vilayətində yol kənarındakı əraziləri yandıran iki nəfər tutulub.
525.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, motosikletdə olan iki nəfərin əraziləri yandırması barədə polisə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində onlar saxlanılıb, törədilən yanğınlar isə söndürülüb.
Məsələ ilə bağlı araşdırma aparılır.



